BQXK nümayəndələri əsir götürülən azərbaycanlılara baş çəkib

BQXK nümayəndələri əsir götürülən azərbaycanlılara baş çəkib Ziyarət zamanı məktubların çatdırılması baş tutub
Qarabağ
22 Yanvar , 2015 12:20
BQXK nümayəndələri əsir götürülən azərbaycanlılara baş çəkib

Bakı. 22 yanvar. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı missiyasının nümayəndələri Kəlbəcərdə əsir götürülən azərbaycanlılar Dilgəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. Bu barədə "Report" "ArmToday"ə istinadən xəbər verir.

Missiyadan verilən məlumata əsasən, bu səfər yanvarın 16-da və 21-də  baş tutub.  Ziyarət zamanı Qırmızı Xaç nümayəndələri girovluqda olanlara yaxınlarının məktublarını çatdırıb və onların da məktublarını özləri ilə götüb. 

Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilgəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb, Həsən Həsənov isə güllələnib. 

Son xəbərlər

Orphus sistemi