BQXK nümayəndələri azərbaycanlı girovlarla görüşüb

BQXK nümayəndələri azərbaycanlı girovlarla görüşüb Təmsilçilər girovlara ailələrinin məlumatlarını çatdırıblar
Qarabağ
13 Mart , 2015 17:30
BQXK nümayəndələri azərbaycanlı girovlarla görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təmsilçiləri Ermənistanın girov götürdüyü azərbaycanlılara - Şahbaz Quliyav və Dilqəm Əsgərova baş çəkiblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətinin əməkdaşı Eteri Musaelyan bildirib.

Onun sözlərinə görə, bu, azərbaycanlı girovlarla keçirilən onuncu görüşdür. Xəbərdə bildirilib ki, təmsilçilər girovlara ailələrinin məlumatlarını çatdırıblar.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü il iyunun 29-da Kəlbəcərdə əzizlərinin qəbirlərini ziyarət edən zaman ermənilər tərəfindən girov götürülüblər.

Son xəbərlər

Orphus sistemi