BQXK-nın nümayəndələri Bakıda saxlanılan erməni hərbçiyə baş çəkiblər

BQXK-nın nümayəndələri Bakıda saxlanılan erməni hərbçiyə baş çəkiblər Görüş iyulun 1-də baş tutub
Qarabağ
3 İyul , 2017 10:51
BQXK-nın nümayəndələri Bakıda saxlanılan erməni hərbçiyə baş çəkiblər

Bakı. 3 iyul. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndə heyətinin təmsilçiləri əsir düşmüş erməni hərbçi Zaven Karapetyana baş çəkiblər. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Yerevan nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri Zara Amatuni bildirib.

Onun sözlərinə görə, görüş iyulun 1-də baş tutub.

Xatırladaq ki, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü - Zaven Karapetyan ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi