Yuxarı

BQXK-nın Azərbaycan nümayəndəliyi meyitlərin götürülməsi prosesi barədə açıqlama verib

Əməliyyatı Azərbaycan və Ermənistan tərəfləri keçirib

"Əməliyyatı Azərbaycan və Ermənistan tərəfləri keçirib"

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib. Bunu "Report"a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O, meyitləri götürülən hərbçilər barədə əlavə məlumat verməyin mümkün olmadığını qeyd edib: "Çünki bizim komitə bu məsələdə sadəcə vasitəçi olub. Yəni, əməliyyatı keçirənlər Azərbaycan və Ermənistan tərəfləri olub".

Qeyd edək ki, aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinmişdi. Proses ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək həyata keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi