Yuxarı

BQXK Ermənistan vətəndaşının Azərbaycan sərhədini keçməsi ilə bağlı rəsmi bildiriş alıb

BQXK-nin Bakı ofisinin nümayəndələri Azərbaycan hökumətinin müvafiq qurumları ilə dialoq aparacaq

Bakı. 10 noyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistan vətəndaşının Azərbaycan sərhədini keçməsi barədə hər iki tərəfdən rəsmi bildiriş alıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə BQXK-nin kommunikasiya proqramı üzrə İrəvandakı nümayəndə heyətinin rəhbəri Zara Amatuni bildirib.

Z.Amatuni qeyd edib ki, BQXK-nın Bakı ofisinin nümayəndələri mandata uyğun olaraq, Azərbaycan hökumətinin müvafiq qurumları ilə ona baş çəkilməsi məsələsilə bağlı dialoq aparacaq.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb: "Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi