Yuxarı
    Bağlamaq

    BQXK Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün icazə istəyib

    Komitə Ananyan ilə bağlı KİV-də yazılar və rəsmi informasiyanı təqib edir

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı Sarkis Ananyanı ziyarət etmək üçün icazə istəyib. Report-un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə BQXK-nın Ermənistan Nümayəndəliyindən bildirib.

    Qeyd edilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi S.Ananyan ilə bağlı KİV-də yazılar və rəsmi informasiyanı təqib edir.

    Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan vətəndaşı Sarkis Ananyan (1961-ci il təvəllüdlü) dövlət sərhədini qanunsuz keçdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanılıb. İbtidai istintaq nəticəsində məlum olub ki, Ermənistan Respublikası Noembryan kənd sakini S.Ananyan Ermənistanda ağır sosial vəziyyətdən narazıdır. O, ayağındakı problemlərlə bağlı on yaşından təhsil və hərbi xidmətdən uzaq qalıb, ağır maddi vəziyyətinə görə muzdlu əməklə məşğul olub. Saxlanılan şəxsin sözlərinə görə, Ermənistanda sosial vəziyyət o həddə çatıb ki, onun əksər həmkəndliləri qəsdən Azərbaycana keçib, burada sığınacaq axtarmaq niyyətindədilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi