Yuxarı

“Böyüməyən uşaqlar” kitabı ermənilərə göndərildi

Bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərliyindən məlumat verilib

Bakı. 21 May. REPORT.AZ/ Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25-lər”dən bəhs edən “Böyüməyən uşaqlar” kitabı Alman Azərbaycan Mədəniyyət Evi tərəfindən Ermənistanın Almaniyadakı səfirliyinə, bu ölkədəki erməni diaspor təşkilatlarına, həmçinin Almaniya mediasına göndərilib.

"Report"un məlumatına görə, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərliyindən Toğrul Əziz bildirib. 

O, qeyd edib ki, kitabın dünya çapında yayılması, satışının təşkil edilməsi üçün Alman Azərbaycan Mədəniyyət Evi bundan sonra da fəaliyyətini davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi