"Böyüməyən uşaqlar" kitabı 3 xarici dildə yenidən nəşr ediləcək

"Böyüməyən uşaqlar" kitabı 3 xarici dildə yenidən nəşr ediləcək Kitabın yaxın zamanlarda başqa dillərdə də çap olunması nəzərdə tutulur
Qarabağ
6 Mart , 2015 16:55
Böyüməyən uşaqlar kitabı 3 xarici dildə yenidən nəşr ediləcək

Bakı. 6 mart. REPORT.AZ/ "Böyüməyən uşaqlar" kitabı ingilis, alman və türk dillərində hər biri 2000 tiraj olmaqla TİKA tərəfindən Türkiyədə nəşr ediləcək. Bu barədə "Report"a TİKA-dan məlumat verilib.

Çap olunacaq kitablar aprelin 24-də Çanaqqalaya gələcək əcnəbi qonaqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl "Böyüməyən uşaqlar" kitabı 1000 tirajla Azərbaycanda çap olunub. Daha sonra, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ingilis və türk dillərində hər biri 2500 olmaqla Türkiyədə, 2000 tirajla isə alman dilində Almaniyada çap olunub.

"Böyüməyən uşaqlar" kitabının yaxın zamanlarda rus, fransız və erməni dillərində çap olunması nəzərdə tutulur.

Xatırladaq ki, kitabın müəllifi Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlıdır. Kitab Xocalı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.

Son xəbərlər

Orphus sistemi