Böyük Britaniyanın XİN başçısı: “Biz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyirik”

Böyük Britaniyanın XİN başçısı: “Biz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyirik” “Bako Saakyanın səfərinin Birləşmiş Krallıq hökuməti ilə heç bir əlaqəsi olmayıb və Londonda olduğu müddətdə onunla görüşlər keçirilməyib”
Qarabağ
25 Avqust , 2015 09:13
Böyük Britaniyanın XİN başçısı: “Biz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyirik”

Bakı. 25 avqust. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlayıb.

“Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Filip Hammond məktubda Birləşmiş Krallığın qondarma Dağlıq Qarabağ rejimini tanımadığını və bu mövqeyi dəyişmək niyyətində olmadığını bildirib: “Biz Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, BMT və ATƏT-in prinsiplərinin ölkələr arasında münasibətlərdə vacibliyini vurğulayırıq”.

XİN başçısı məktubunda vurğulayıb ki, Bako Saakyanın səfərinin Birləşmiş Krallıq hökuməti ilə heç bir əlaqəsi olmayıb və o Londonda olduğu müddətdə onunla görüşlər keçirilməyib: “Bu səfər Dağlıq Qarabağla bağlı mövqeyimizə dəyişiklik gətirə biləcək amil deyil. Bu kimi fərdi səfərlər Birləşmiş Krallığın Azərbaycana və regionda sülhə münasibətdə öhdəliyini sarsıda bilməz. Biz ATƏT Minsk Qrupunun həmsədrlərinin baza prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tapmasını görməkdə israrlıyıq. Bu istiqamətdə olan səyləri dəstəkləməkdə davam edəcəyik.

Birləşmiş Krallıq Azərbaycan ilə olan güclü ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirir. Ümid edirəm ki, biz bu və digər sahələrdə olan əməkdaşlığımızı gücləndirməkdə və dərinləşdirməkdə davam edəcəyik”. 

Son xəbərlər

Orphus sistemi