BMT-nin baş katibi təmas xəttində hərbi əməliyyatlara son qoymağa çağırıb

BMT-nin baş katibi təmas xəttində hərbi əməliyyatlara son qoymağa çağırıb Pan Gi Mun çoxsaylı itkilərdən narahatdır
Qarabağ
2 Aprel , 2016 23:59
BMT-nin baş katibi təmas xəttində hərbi əməliyyatlara son qoymağa çağırıb

Bakı. 3 Aprel. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üzrə tədbirlər görməyə çağırıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə baş katibin bəyanatında bildirilir.

“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır", – deyə bəyanatda qeyd olunur.

Bildirilir ki, Pan Gi Mun ağır silahların tətbiq olunması və mülki əhali arasında da olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.

Son xəbərlər

Orphus sistemi