Yuxarı
    Bağlamaq

    BMT-nin baş katibi Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb

    Quterriş Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır

    Bakı. 28 fevral. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır, həmçinin tərəfləri atəşkəs rejiminə əməl etməyə və yubatmadan konkret danışıqları bərpa etməyə çağırıb.

    "Report" xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

    "Biz bu yaxınlarda təmas xətti boyunca toqquşmaların baş verməsi barədə xəbərlərdən narahatıq", - deyə o bildirib və qeyd edib ki, BMT-nin baş katibi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və gərginliyin təhlükəli həddən aşağı salınmasına çalışan ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) səylərini tam olaraq dəstəkləyir.

    Düjarrikin sözlərinə görə, ümumdünya təşkilatının inzibati rəhbəri tərəfləri atəşkəsə xələl gətirə biləcək istənilən hərəkətdən çəkinməyə və yubatmadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş konkret danışıqları bərpa etməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi