Bakı. 1 mart. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quttereş Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, baş katib bunu Ermənistanın BMT-dəki daimi nümayəndəsi Zoqrab Mnaçakyanla görüşündə deyib.
Antoniu Quttereş BMT-nin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəyişilməz dəstəyini təsdiqləyib.