BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb

BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb Baş katib tərəfləri münaqişənin sülh yolu ilə həlli üçün uğuru inkişaf etdirməyə çağırıb
Qarabağ
17 Oktyabr , 2017 05:01
BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədəki danışıqlarının nəticələrini alqışlayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik Cenevrədə keçirilən sammiti şərh edərkən bildirib. 

Qeyd olunur ki, baş katib tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün bu uğuru inkişaf etdirməyə çağırıb.

Onun sözlərinə görə, beynəlxalq təşkilatın inzibati başçısı iki dövlətin başçıları tərəfindən danışıqlar prosesinin aktivləşməsi və təmas xəttində gərginliyin azalması üzrə əlavə addımların qəbulu haqqında razılaşmanın nailiyyətindən ruhlanıb. 

"Birinci katib vurğulayır ki, BMT həmsədrlərin (ATƏT-in Minsk qrupu-red) vasitəçilik səylərini dəstəkləyir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bu sammit nəticəsində yaranmış pozitiv dinamikadan istifadə etməyə çağırır", - deyə Dyujarrikin yazılı bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündə iştirak edib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Görüş daha sonra təkbətək formatda davam edib.

Son xəbərlər

Orphus sistemi