BMT-nin baş katibi: Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü sülh prosesini yaxınlaşdıracaq

BMT-nin baş katibi: Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü sülh prosesini yaxınlaşdıracaq BMT-nin baş katibi, həmçinin, İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib
Qarabağ
23 Dekabr , 2015 00:34
BMT-nin baş katibi: Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü sülh prosesini yaxınlaşdıracaq

Bakı. 23 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun hesab edir ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tərəfləri sülh prosesinə yaxınlaşdıracaq.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Pan Gi Munun bəyanatında qeyd olunur ki, Bern görüşü tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb.

BMT-nin baş katibi, həmçinin, İsveçrədə görüşü təşkil edən ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib.

Pan Gi Mun, Bakı və İrəvanı gərginliyin daha da azaldılması məqsədi ilə Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi