Bakı. 29 fevral. REPORT.AZ/ BMT-nin ali komissarı Zeyd Rad əl-Hüseyn Cenevrədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən danışıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş BMT-nin İnsan Haqları Şurasının 31-ci sessiyası zamanı keçirilib.
E.Nalbandyan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərindən danışıb.