Yuxarı

BMT hesabatı: Dağlıq Qarabağdakı 50 nəfər erməni Yerevandan müvəqqəti sığınacaq istəyib

Məlumata əsasən, hərbi əməliyyatların getdiyi kəndlərdə təxminən 14,4 min insan yaşayır

Bakı. 4 aprel. REPORT.AZ/ Həftə sonu Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş şiddətli qarşıdurmalarda azı 33 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatlar BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında əksini tapıb.

"Ermənistan və Azərbaycandakı rəsmi mənbələrə əsasən, azı 30 əsgər və 3 dinc sakin hərbi əməliyyatlar nəticəsində həyatını itirib. Nə mülkü vətəndaşlar, nə də hərbçilər arasında yaralılar barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, bu sayın 200-dən çox olduğu təxmin edilir", - hesabatda deyilir.

HMKİ-nin məlumatına əsasən, hərbi əməliyyatların getdiyi kəndlərdə təxminən 14,4 min insan yaşayır: "Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Ermənistan tərəfindən isə 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib. Hər iki hökumət beynəlxalq humanitar yardıma ehtiyaclarının olmadığını açıqlayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi