BMT baş katibinin xüsusi nümayəndəsi: "Bakı-2015" oyunlarında Azərbaycan və Ermənistan idmançılarının iştirakı müsbət siqnaldır

BMT baş katibinin xüsusi nümayəndəsi: "Bakı-2015" oyunlarında Azərbaycan və Ermənistan idmançılarının iştirakı müsbət siqnaldır "İdman körpülər qurur"
Qarabağ
8 Aprel , 2015 12:19
BMT baş katibinin xüsusi nümayəndəsi: Bakı-2015 oyunlarında Azərbaycan və Ermənistan idmançılarının iştirakı müsbət siqnaldır

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa oyunlarında Azərbaycan və Ermənistan idmançılarının iştirakı müsbət siqnaldır. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş sədri, BMT baş katibinin qaçqınlar arasında gənclər və idman işləri üzrə xüsusi nümayəndəsi Jak Roqqe Qaçqınların işi üzrə Agentlik  (UNHCR) üçün müsahibəsində deyib.

"BOK hər zaman idman vasitəsilə dinc təşəbbüslərin həyata keçirilməsi üçün fəaliyyət göstərib. Belə tədbirlərdən biri bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək I Avropa oyunlarıdır. Bu oyunları təşkil edən qurum Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Ermənistan və Azərbaycandan olan idmançıları yarışlara cəlb edə bilib. Bu müsbət siqnaldır", - L.Roqqe qeyd edib. 

"İdman körpülər qurur. O, qarşılıqlı hörmət və sülhə çağırışlar edərək sülhsevər bir mühit yaradır. Baş çəkdiyim bütün Olimpiya oyunlarının Olimpiya şəhərciklərində bütün millətlər, irqlər, dillər və dinlərdən olan idmançılar sakit bir şəkildə yaşayırdı", - BMT baş katibinin xüsusi nümayəndəsi əlavə edib. 

"Bakı - 2015" I Avropa oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçiriləcək. Oyunlar zamanı 20 idman növü üzrə yarışlar keçiriləcək, bunlardan 16-sı olimpiya proqramına daxildir. Avropa oyunlarında 6 mindən artıq idmançının iştirakı gözlənilir. Cəmi 239 komplekt medal uğrunda mübarizə aparılacaq. 

Son xəbərlər

Orphus sistemi