Bakı. 11 aprel. REPORT.AZ/ BMT baş katibinin müavini Cefri Feltman Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə XİN-in mətbuat xidməti məlumat yayıb.
Tərəflər son günlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Baş katibin müavini münaqişə bölgəsində vəziyyətin gərginləşməsindən narahatlığını bildirib.
Cefri Feltman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin səyini qiymətləndirərək, BMT-nin onlarla eyni mövqedə olduğunu söyləyib.