Yuxarı
    Bağlamaq

    BMT baş katibi Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb

    © Reuters

    Bakı. 24 aprel. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb.

    "Report" xəbər verir ki, bu barədə A.Quterrişin adından yayılan bəyanatda deyilir.

    "Baş katib, fürsətdən istifadə edərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlarda təmas xəttində mümkün gərginlik hallarının qarşısını almaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün səyləri artırmaq məqsədi ilə tərəflərə ünvanladığı müraciətinə qoşulmaq istərdi", - bəyanatda vurğulanıb.

    Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu 1994-cü ildə yaradılıb. Hazırda Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şoferdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi