Yuxarı

BMT baş katibi: Cənubi Qafqazda uzunmüddətli münaqişələr potensial təhlükədir

Bu regionda uzunmüddətli münaqişələr ATƏT-in narahatlığına səbəb olur

Bakı. 4 noyabr. REPORT.AZ/ "Cənubi Qafqazada uzunmüddətli münaqişələr həll olunmayıb və bu isə potensial təhlükə yaradır". "Report"un verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Pan Gi Mun bu gün ATƏT-in Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zaman bildirib. 

P.G.Mun çıxışında bütün ATƏT regionunun təhlükəsizliyi üçün problem yaradan ən aktual məsələlərə toxunub. 

O qeyd edib ki, Cənubi Qafqazda həll olunmayan münaqişələr ATƏT-in narahatlığına səbəb olur.

BMT baş katibi həmçinin Ukraynadakı vəziyyət haqqında da danışıb. P.G.Mun ATƏT-in Ukraynadakı rolunu və onun missiyasında aktiv iştirakını yüksək qiymətləndirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi