Yuxarı

​BMT baş katibi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulmasına görə narahatdır

Münaqişə ətrafında gərginliyin artması yalnız iki ölkə üçün deyil, həmçinin bütün region üçün dağıdıcı olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin gündəlik pozulması hallarına görə narahatdır. "Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun Strasburqda Avropa Şurası (AŞPA) Parlament Assambleyasının iclasındakı çıxışı zamanı bildirib.

Pan Gi Mun tərəfləri münaqişənin sülh yolu ilə həlli yollarını mümkün qədər tez tapmağa çağırıb. "Münaqişə ətrafında gərginliyin artması yalnız iki ölkə üçün deyil, həmçinin də bütün region üçün dağıdıcı olacaq", - BMT baş katibi bildirib. 

O, tərəfləri "münaqişənin həllinə nail olmaq üçün daha əhəmiyyətli və konstruktiv danışıqlara" çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi