Yuxarı

BMT baş katibi ATƏT sədri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib

İvitsa Daçiç  ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT TŞ-də çıxış edəcək

Bakı. 24 fevral. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Pan Gi Mun ATƏT sədri ilə hər iki təşkilatın qarşılıqlı əlaqələri, eləcə də Ukrayna və Balkanlardakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər. P.G.Mun bildirib ki, Ukraynada ATƏT-in fəaliyyətini dəstəkləyir. 

"BMT və ATƏT rəhbərləri iki təşkilat arasında əməkdaşlıq məsələlərini, eləcə də Ukraynada, Dağlıq Qarabağda və Balkanlardakı vəziyyəti müzakirə ediblər. BMT baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT və ATƏT arasında tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib", - mətbuat katibliyindən görüşün yekunlarına görə verdiyi məlumatda deyilir.

Fevralın 24-də İvitsa Daçiç ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi