Yuxarı

BMT Baş Katibi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

BMT Baş Katibi ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib

Bakı. 14 noyabr. REPORT.AZ/ BMT Baş Katibi Pan Gi Mun cəbhə xəttində baş vermiş son hadisədən sonra Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

"Report"-un “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

Onu sözlərinə görə, Baş Katib ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib.

Açıqlamada tərəflərin atəşkəslə bağlı sazişə riayət olunmasının vacibliyi vurğulanıb, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi