Yuxarı

Amerikalı həmsədr: "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik"

Ceyms Uorlik: Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdük

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində səbirsizliklə irəliləyiş gözləyirik".

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

"Nyu-Yorkda Qarabağ üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdük. Biz səbirsizliklə əsas məsələnin həllində irəliləyiş gözləyirik", - deyə C.Uorlik yazıb.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin xarici işlər nazirləri ilə BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində görüşüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi