​Bişkekdə Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

​Bişkekdə Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib Tədbirdə çoxsaylı qonaqlar iştirak ediblər
Qarabağ
24 Fevral , 2016 22:05
​Bişkekdə Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın Qırğızıstandakı səfirliyində “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat kampaniyası çərçivəsində Soyqırımın 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib.

Səfirlikdən "Report"a verilən məlumata görə, çərasimin əvvəlində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı Soyqırımı haqqında “Xocalıya Ədalət” adlı sənədli film nümayiş edilib və Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Bişkekdə fəaliyyət göstərən İmam Əli məscidinin axundu Hacı İlqar Xocalı Soyqırımı qurbanlarının ruhuna dualar oxuyub.

Tədbiri açan Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı Soyqırımı barədə ətraflı məlumat verib , 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini və müsibətin konkret faktlarını söyləyib, Xocalı Soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.

Sonra çıxış edən Qırğızıstanın Jokorku Keneşinin (Parlamentinin) deputatı Aşera Xalikova Xocalı Soyqırımı ilə bağlı kədərləndiyini, dinc əhalinin qəddar şəkildə qətlə yetirilməsini, dünya tarixində rast gəlinməmiş və beynəlxalq insan hüquqlarına zidd şəkildə törədilmiş cinayətə qarşı olduğunu bildirmiş və XX əsrin sonlarında belə bir dəhşətli müsibətin yaşanmasına öz etirazını bildirib .

Sonra çıxış edən Pakistanın və Türkiyənin Qırğızıstandakı səfirləri Qazi Ur Raxman və Mətin Kılıça təmsil etdikləri ölkələrin hər zaman Azərbaycanın və xalqının yanında olduğunu, Azərbaycanın ərazi bütövlüyü dəstəklədiklərini və Xocalı Soyqırımının onlar üçün çox ağır bir hadisə olduğunu qeyd ediblər.

Mərasimdə Qırğızıstanın hökumətinin müxtəlif strukturlarının təmsilçiləri, hüquq-müdafiə təşkilatlarının, beynəlxalq qurumlarının nümayəndələri, Azərbaycan diasporunun fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri və Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi