Yuxarı
    Bağlamaq

    Təhsil Nazirliyinin təşkilatçılığı ilə xarici tələbələr və jurnalistlər Cocuq Mərcanlı kəndinə səfər edib - YENİLƏNİB

    Səfərdə təhsil nazirinin müavini də iştirak edib© Report.az

    *** saat 10:19

    Cəbrayıl, Cocuq Mərcanlı. 5 aprel. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edilib.

    "Report"un müxbiri xəbər verir ki, səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edib.

    F.Qurbanov əcnəbi tələbələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə məlumat verib. O, Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşiliklər haqda danışıb. F.Qurbanov xatırladıb ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib: "Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb".

    O bildirib ki, işğal nəticəsində Cocuq Mərcanlı kəndində 1 məktəb, 1 kitabxana dağıdılıb.

    İştirakçılara Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib.

    İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə də tanış olublar. Məlumat verilib ki, 150 şagirdin təhsil alacağı məktəbin tikintisinə bu ilin fevralında başlanılıb.

    Ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüşən səfər iştirakçıları 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə də baş çəkiblər. Həmçinin iştirakçılar Cocuq Mərcanlıda ağac əkiblər. Səfər iştirakçılarına Ermənistanın təcavüzü və işğalı, aprel döyüşləri ilə bağlı məlumatların yer aldığı bukletlər təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi