Yuxarı

​Düşmən cəbhədə təxribat törətmək istəyib: bir erməni məhv edilib, biri yaralanıb

İtki verən ermənilər geri çəkilməyə məcbur edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. “Report”un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

“Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib”, - məlumatda bildirilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi