“Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı videoçarx hazırlanıb - VİDEO

“Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı videoçarx hazırlanıb - VİDEO Videoçarx Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanıb
Qarabağ
3 Mart , 2015 19:30
“Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı videoçarx hazırlanıb - VİDEO

Bakı. 3 mart. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) “Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar. Bu barədə “Report”a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan videoçarxın rejissoru Nataliya Pyatiqinadır.

Videoçarx geniş tamaşaçı auditoriyasının diqqətini Xocalı soyqırımına cəlb etmək məqsədilə rus və Azərbaycan dillərində hazırlanıb, ingilis, Ukrayna dillərində subtitrlər ilə müşayiət olunur.

Son xəbərlər

Orphus sistemi