Beş güllə yarası alan kapitan təltif edilib - FOTO

Beş güllə yarası alan kapitan təltif edilib - FOTO O, Talış yüksəkliyinin qorunmasında göstərdiyi şücaətə görə mükafatlandırılıb
Qarabağ
19 Aprel , 2016 14:32
Beş güllə yarası alan kapitan təltif edilib - FOTO

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə təltif etdiyi hərbçilərdən biri kapitan Asif Rəsulovdur.

"Report" xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, A.Rəsulov Talış yüksəkliyinin qorunmasında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, A.Rəsulov aprelin 6-da Talış yüksəkliyində ermənilərin hücumunu dəf edərkən ağır yaralanıb. Ona 2 snayper və 3 avtomat gülləsi dəyib. Hazırda o, hospitalların birində müalicə alır. Döyüş zamanı xeyli sayda erməni əsgəri məhv edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Son xəbərlər

Orphus sistemi