Yuxarı

Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçirəcək

Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşəcəyi və danışıqların gedişini müzakirə edəcəyi gözlənilir

Bakı. 2 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Serbiyanın paytaxtı Belqrada gedib.

"Report" xəbər verir ki, vasitəçilər dekabrın 3-4-də Belqradda baş tutacaq ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində bir sıra görüşlər keçirəcək.

Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşəcəyi və danışıqların gedişini müzakirə edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi