Yuxarı

Belarus səfiri: "Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq ictimaiyyətin səylərini tələb edir"

Biz heç zaman veteranların qəhrəmanlığını unutmayacağıq, onlar bizə işıqlı gələcək, yaşamaq hüququnu bəxş ediblər

Bakı. 9 may. REPORT.AZ/ "Bu gün biz  ilin ən böyük, əhəmiyyətli bayramını qeyd edirik. 71 il əvvəl bəşəriyyətin tarixindəki ən böyük və ağır müharibə başa çatıb. Bu müharibə bütün possovet məkanının xalqlarına toxunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Qələbə Günü münasibətilə deyib. 

O, bu qələbədə veteranların xüsusi rolunu qeyd edib: "Biz heç zaman veteranların qəhrəmanlığını unutmayacağıq, onlar bizə işıqlı gələcək, yaşamaq hüququnu bəxş ediblər".

Səfir belə müharibələrin təkrarlanmayacağına və bütün münaqişələrin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib. 

Dağlıq Qarabağ münaqişəsinin həllini şərh edən G.Axramoviç qeyd edib ki, Belarus bu münaqişənin tez zamanda sülh yolu ilə həllinin tərəfdarıdır:

"Dağlıq Qarabağ münaqişəsi bütün beynəlxalq ictimaiyyətin səylərini tələb edir. Mən bu münaqişənin yaxın gələcəkdə bütün beynəlxalq mexanizmlərdən istifadə olunmaqla həll olunmasını istəyirəm. Azərbaycana yaxın olan dövlət kimi Belarus da bunu çox istəyir. Biz müharibənin nə olduğunu bilirik. Buna görə də münaqişənin ən yaxın zamanda sülh yolu ilə həll olunmasını arzu edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi