Yuxarı

​Belarus Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına kömək etməyə hazırdır

XİN: Belarus münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır

Bakı. 6 aprel. REPORT.AZ/ Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarışına kömək etməyə hazırdır.

"Report" xəbər verir ki, bu məlumatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən "Sputnik" yayıb.

Çərşənbə axşamı Vyanada ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun iclası keçirilib. İclasda regionda münaqişənin nizamlanması məsələləri müzakirə olunub. Danışıqların yekununda təşkilat tərəfləri "güc tətbiqini dərhal dayandırmağa" çağırıb.

"Biz də Belarusun həm Minsk qrupunun üzvü kimi, həm Ermənistan və Azərbaycanla dostluq münasibətləri saxlayan ölkə kimi bu münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışında tərəflərə lazımi köməklik göstərməyə hazır olduğunu təsdiq etdik", — deyə Belarusun XİN rəsmisi Dmitri Mironçik bildirib.

O, növbəti dəfə vurğulayıb ki, Belarus davamlı olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar masası arxasında yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi