Yuxarı
    Bağlamaq

    Belarus Prokuroluğu: Lapşinin Azərbaycana ekstradisiya edilməsi barədə prinsipial qərar qəbul edilib - EKSKLÜZİV

    Blogerin qərardan şikayət etməsi üçün 10 günü var

    Bakı. 20 yanvar. REPORT.AZ/ Belarus Prokurorluğu bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. Bu barədə “Report”a Belarus Prokurorluğundan bildirilib.

    "Lapşinin Azərbaycana ekstradisiya edilməsi barədə prinsipial qərar qəbul edilib", - qurumdan bildirilib.

    Blogerin Azərbaycana verilməsi tarixinə gəlincə, qurumdan bildiriblər ki, onun qərardan şikayət etmək üçün 10 gün vaxtı var.

    Lapşinin qohumları sosial şəbəkədə yazırlar ki, Lapşinin ekstradisyası barədə qərarı yanvarın 17-si Baş prokurorun müavini Aleksey Stuk verib.  

    İnformasiyaya əsasən, İsrailin Xarici İşlər Nazirliyi Aleksandr Lapşinlə bağlı Azərbaycan hökumətinə müraciət edib.

    Xatırladaq ki, iki vətəndaşlığı olan A,lapşin (İsrayil və Rusiya) dekabrın 14-ü Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb.

    Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

    A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

    A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

    Xatlırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi