Belarus prezidenti: "Azərbaycan və Ermənistan məsələni vasitəçilər olmadan həll etməlidir"

Belarus prezidenti: "Azərbaycan və Ermənistan məsələni vasitəçilər olmadan həll etməlidir" Aleksandr Lukaşenko: "İnsanlar öləndə, yoxsulluq içində yaşayanda siyasətdə bu kartdan istifadə etmək olmaz"
Qarabağ
28 Mart , 2017 15:00
Belarus prezidenti: Azərbaycan və Ermənistan məsələni vasitəçilər olmadan həll etməlidir

Bakı. 28 mart. REPORT.AZ/ "İnsanlar öləndə, yoxsulluq içində yaşayanda siyasətdə bu kartdan istifadə etmək olmaz. Dünyadakı bütün münaqişəli məsələlər üzrə sarsılmaz mövqeyimiz belədir. İstər Ukrayna olsun, istər Dağlıq Qarabağ, istərsə də Dnestryanı".

"Report" Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki diplomatik fəaliyyətini başa vuran Ermənistanın səfiri Armen Xaçatryan ilə görüşündə deyib.

Belarus prezidenti vasitəçilərə nifrət etdiyini açıq şəkildə bildirib: "Çünki prezident olduğum müddətdə onlar Belarus ətrafında da fırlanırlar - gah sülhməramlılar, gah vasitəçilər kimi, gah Avropa İttifaqı, gah da başqa təşkilatla. Axı biz onlar olmadan da Avropa İttifaqı, digər dövlətlər və s. ilə yaxşı yola gedirik".

"Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan danışıqlar masasına əyləşməli və problemi həll etməlidir. Onlar kimisə zəmanətçi kimi görmək istəsələr, özləri buna qərar verməlidirlər. Bu gün məsələni məhz bu yolla həll etmək imkanı var" - A.Lukaşenko bildirib.

Son xəbərlər

Orphus sistemi