BBQ: Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyin bərpası aprel hadisələrindən daha çox dağıdıcı olacaq

BBQ: Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyin bərpası aprel hadisələrindən daha çox dağıdıcı olacaq "Rusiya özünü regionda əsas vasitəçi kimi görür"
Qarabağ
5 İyul , 2016 10:09
BBQ: Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyin bərpası aprel hadisələrindən daha çox dağıdıcı olacaq

Bakı. 5 iyul. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyin bərpası aprel hadisələrindən daha çox dağıdıcı olacaq.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hesabatında deyilir.

Təşkilat qeyd edir ki, "yer-yer" tipli raketlərdən istifadə riski mövcuddur, dinc sakinlər arasında itkilər isə yüksək olacaq: "25 il əvvəllə müqayisədə, aprelin əvvəlində Ermənistan və Azərbaycan cəmiyyəti münaqişəni hərbi yolla həll etməyə daha çox meyilli idi".

Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü ölkələrin rolunu şərh edərkən BBQ Rusiyanın özünü əsas vasitəçi və təhlükəsizlik qarantı kimi gördüyünü vurğulayır: "Rusiya Ermənistanla sazişlərə əsasən özünü təhlükəsizliyin qarantı kimi göstərir. Türkiyənin isə Azərbaycanla hərbi əməkdaşlığı, vacib enerji əməkdaşlığı, sıx siyasi və iqtisadi münasibətləri var. Moskva və Ankara arasında əlaqələr gərgindir. İran isə hələ də regiona yanaşmasını müəyyənləşdirir, amma regionda böyük rol oynamağa çalışır. Burada maraqlar Dağlıq Qarabağ münaqişəsində irəliləyiş baxımından eynilik təşkil edir. Ancaq özünü əsas vasitəçi kimi görən Moskva təsir zonası hesab etdiyi regionda mövqelərini gücləndirməyə çalışır".

Avropa İttifaqının roluna gəlincə, təşkilat Aİ-nin ATƏT-in Minsk qrupunu dəstəkləməyə davam etməsinin lazım olduğunu qeyd edir: "Aİ münaqişədən sonrakı dövrdə nə kimi yardım göstərə biləcəyini düşünməlidir".

Sonda BBQ bəyan edir ki, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu gələcək sülhməramlı missiya ilə bağlı işləri gücləndirməlidir: "Bu məsələ ətrafında çoxlu siyasət işləri olacaq, amma planlaşdırmanı sürətləndirmək üçün müzakirələr aparılmalıdır".

Son xəbərlər

Orphus sistemi