Baş prokurorun I müavini: "Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb"

Baş prokurorun I müavini: "Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb" "Bu cinayətlərin əsas təşkilatçıları və rəhbərləri Robert Koçaryan və Serj Sarqsyandır"
Qarabağ
22 Aprel , 2015 12:26
Baş prokurorun I müavini: Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb

Bakı. 22 aprel. REPORT.AZ/ "Ermənilərin Azərbaycana qarşı törətdiyi terror hadisələri ilə bağlı 32 cinayət işinin istintaqı yekunlaşıb". "Report" xəbər verir ki, Baş prokurorun birinci müavini Rüstəm Usubov Prezident yanında Strateji Araşdırmalar Mərkəzində Oleq Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimat mərasimində belə deyib.

R.Usubov qeyd edib ki, Azərbaycan ötən əsrin 80-ci illərindən başlayaraq hiyləgər erməni terrorizmi ilə üzü-üzə qalıb: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonun işğalı zamanı vahimə yaratmaq, kütləvi insan tələfatına nail olmaq məqsədilə Ermənistan xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə çoxlu sayda terror aktları təşkil edib, nəticədə minlərlə günahsız insan həlak olub".

O vurğulayıb ki, ermənilərin Azərbaycan ərazisində törətdiyi terror aktlarının ərazisi çox genişdir: "Bunu aydın görmək üçün təkcə, XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir. Ermənistan hərbi təcavüzlə yanaşı, Azərbaycanın mülki əhalisinə qarşı da geniş terror aktlarından istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatıb".

Baş prokurorun birinci müavini bildirib ki, bütün bu cinayətlərin əsas təşkilatçıları və rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezident Serj Sarqsyan olub. R.Usubov vurğulayıb ki, bütün bu terror hadisələri ilə bağlı cinayət işlərinin istintaqı aktiv şəkildə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi