Baş nazirin müavini: "Ermənistanın tutduğu mövqe təkcə region üçün deyil, həm də dünya üçün təhlükəlidir"

Baş nazirin müavini: "Ermənistanın tutduğu mövqe təkcə region üçün deyil, həm də dünya üçün təhlükəlidir" Əli Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın Montana Universitetinin professoru, müstəqil jurnalisti Tomas Qoltsla görüşüb
Qarabağ
28 Oktyabr , 2015 19:22
Baş nazirin müavini: Ermənistanın tutduğu mövqe təkcə region üçün deyil, həm də dünya üçün təhlükəlidir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bugünkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın Montana Universitetinin professoru, müstəqil jurnalisti Tomas Qoltsla görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə Əli Həsənov 15 il müddətində Cənubi Qafqaz bölgəsində müstəqil jurnalist kimi araşdırmalar apardığı, müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olarkən apardığı araşdırmalar nəticəsində “Azərbaycan Gündəliyi" adlı kitab yazması və orada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında geniş məlumatlat toplaması, Amerika ictimaiyyətinə Xocalı faciəsi ilə bağlı məlumatları çatdıran ilk jurnalist olduğu üçün Amerika Birləşmiş Ştatlarından olan Tomas Qoltsa dərin minnətdarlığını bildirib.

“Biz bilirik ki, siz müxtəlif vaxtlarda ABŞ və onun ayrı-ayrı şəhərlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda olan qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən konfranslarda iştirak etmiş, mühazirələr oxumuş və Xocalı faciəsi haqqında çəkdiyiniz sənədli filmi nümayiş etdirmisiniz. ABŞ-da olan erməni icması isə sizi Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyiniz üçün müxtəlif vaxtlarda ittiham ediblər. Lakin siz Xocalı soyqırımının şahidi kimi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük işlər görmüsünüz”, - baş nazirin müavini qeyd edib. 

Əli Həsənov, həmçinin Tomas Qoltsun doğma torpaqları işğal altında olan Qarabağ futbol klubundan bəhs ediən “Qarabağ” adlı film çəkməsini, həmin filmin Monako Knyazlığında idman filmləri festivalında nümayiş olunaraq mükafata layiq görülməsini yüksək qiymətləndirib, hazırda həmin filmin bütün dünyada nümayiş olunması üçün rejissora uğurlar arzulayıb.

Görüşdə vurğulanıb ki, həmin film Monakko Knyazlığında nümayiş olunarkən bir erməni Tomas Qoltsa yaxınlaşmış və filmin sifariş əsasında hazırlandığını bildirmişdir.

Görüşdə Tomas Qolts bildirib ki, onun əsas məqsədi dünyaya çatdırmaq istəyir ki, bu filmin hazırlanması qaçqın və məcburi köçkünlərin öz vəsaitləri hesabına çəkilb və bu insanlar ümüd edirlər ki, bu film onlar haqqında olan həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayacaq.

Bununla əlaqədar olaraq baş nazirin müavini Əli Həsənov 1 100 nəfər məcburi köçkünün imzası ilə toplanmış müvafiq sənədləri Tomas Qoltsa təqdim edib. Tomas Qolts hazırladığı həmin filmi öz komputerində Əli Həsənova göstərib və baş nazirin müavini həmin filmə baxdıqdan sonra bildirib ki, dünyada yeganə qaçqın klubdur ki, öz doğma torpaqları işğal altındadır.

Baş nazirin müavini eyni zamanda diqqətə çatdırıb ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir.

Azərbaycanın müstəqil dövlət kimi müstəqil siyasət yeritdiyini, münaqişənin həllinə sülh yolu ilə nail olmağa üstünlük verdiyini bildirən Ə.Həsənov həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verib.

Ətraflı məlumata, ona təqdim edilən materiallara və məcburi köçkünlərin imzası ilə hazırlanmış sənədlərə görə minnətdarlığını bildirən Tomas Qolts bundan sonra da Azərbaycan haqqında olan həqiqətlərin dünyaya çatdırılmasında öz köməyini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi