Yuxarı
    Bağlamaq

    Baş nazirin müavini ermənilərin Dağlıq Qarabağda keçirdiyi "seçkilərə" münasibət bildirib

    Bu “seçkilər” qanunsuz keçirilir

    Bakı. 6 may. REPORT.AZ/ "Qondarma "Dağlıq Qarabağ Respublikasında" mayın 3 -də keçirilən "parlament" seçkilərini heç bir dövlət tanımır", "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 

    Ə.Həsənov qeyd edib ki, erməni separatçıları belə "seçkiləri" birinci dəfə keçirmirlər: "Onlar bundan əvvəl də qondarma “seçkiləri” keçiriblər. Bu “seçkilərin” danışıqlar prosesinə təsir edib-etməməsi məsələsin gəlincə, guya onlar “seçki” keçirməsəydi danışıqlar prosesi dəyişəcəkdi? Mən buna inanmıram”.

    Ə.Həsənov bildirib ki, bu “seçkilər” qanunsuz keçirilir: “O seçkiləri heç kim də tanımır. Tanıyan bəzi təşkilatlar, dövlətlər isə özləri bu seçkiləri təşkil edirlər. Bunların heç bir mahiyyəti yoxdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi