Yuxarı

Baş nazir: "Ermənistanın münaqişənin həllində tutduğu mövqe məsələnin həllini qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur"

Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artırılması ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür

Bakı. 17 mart. REPORT.AZ/ “Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllini qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur”. “Report” xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasi-zadə parlamentdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır: “Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur. Düşünürəm ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlərə bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır. Sevindirici haldır ki, artıq bu diqqəti, qayğını əks etdirən çoxlu nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artırılması da ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi