Yuxarı

Baş nazir: "Ermənistan problemin həllindən yayınır, beynəlxalq qurumlar isə hüquqa zidd mövqe nümayiş etdirirlər"

Son zamanlar silahlı qüvvələrimiz işğalçı tərəfin hərbi təxribatlarına tutarlı cavablar verir

Bakı. 15 mart. REPORT.AZ/ "Ali baş komandanın gündəlik nəzarətində olan ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi-sənaye potensialının inkişaf etdirilməsi məsələlərinə hər zaman olduğu kimi xüsusi diqqət yetirilib. Bunun da əsas səbəbi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın baş naziri Artur Rasi-zadə Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir bildirib ki, qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyəti beynəlxalq qurumlar isə ədalətsizlik və hüquqa zidd olan mövqe nümayiş etdirirlər: "Bunlar nəzərə alınaraq ordunun müasir silah sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar silahlı qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir. Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədi ilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi evlə təmin edilib. Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub. Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyəşdirilməsinə 3,3 milyard manat vəsait ayrılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi