Yuxarı
    Bağlamaq

    Baş katib: "BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır"

    Antoniu Quterriş: BMT atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk qrupunun narahatlıqlarını bölüşür

    Bakı. 23 iyun. REPORT.AZ/ BMT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk qrupunun narahatlıqlarını bölüşür. "Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin bəyanatında deyilir.

    "Biz onların (ATƏT-in Minsk qrupunun həmsədrlərinin - red.) tərəfləri növbəti gərginlikdən yayınmağa və gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə dair çağırışını təkrar edirik. Biz həmçinin həmsədrlərin tərəfləri substantiv, xoş niyyətli və siyasi iradə nümayişi ilə danışıqlara səsləyən fikrinə qoşuluruq. Birləşmiş Millətlər Təşkilatı lazım olarsa, belə səyləri dəstəkləməyə hazırdır", - BMT baş katibinin bəyanatında bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi