Yuxarı

Baş katib: “Avropa Şurası Qarabağ münaqişəsi tərəflərini lazımsız qan tökülməsini dayandırmağa çağırır”

“Mən tərəfləri təkidlə sülh danışıqlarını bərpa etməyə çağırıram”

Bakı. 2 Aprel. REPORT.AZ/ Avropa Şurasının baş katibi Turbyern Yaqland şənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində gedən hərbi əməliyyatlardan dərin narahatçılığını ifadə edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilir.

"Avropa Şurası hər iki tərəfi zorakılıq və insanların ölümünə, eləcə də çoxsaylı mülki şəxslərin həyatlarını itirməsi ilə nəticələnən tamamilə lazımsız qan tökülməsini dayandırmağa çağırır", - deyə bəyanatda qeyd olunub.

“Mən tərəfləri təkidlə insan haqları üzrə Avropa Konvensiyasında zəmanət verilmiş yaşamaq hüququnu qorumağa, atəşkəs rejiminə qayıtmağa və sülh danışıqlarını bərpa etməyə çağırıram. Bu, humanitar bir imperativdir", - deyə T.Yaqland bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi