Baş katib: “ATƏT Dağlıq Qarabağda atəşkəsin pozulması səbəblərini araşdırmaq üçün mexanizmin yaradılması üzərində işləyir”

Baş katib: “ATƏT Dağlıq Qarabağda atəşkəsin pozulması səbəblərini araşdırmaq üçün mexanizmin yaradılması üzərində işləyir” “Minsk qrupunun həmsədrləri münaqişənin dinc yolla həll edilməsi üçün maneələri aradan qaldırmağa çağırıb”
Qarabağ
9 Dekabr , 2016 13:49
Baş katib: “ATƏT Dağlıq Qarabağda atəşkəsin pozulması səbəblərini araşdırmaq üçün mexanizmin yaradılması üzərində işləyir”

Bakı. 9 dekabr. REPORT.AZ/ "ATƏT Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması və insidentlərin yaranması səbəblərini araşdırmaq üçün mexanizmin yaradılması üzərində işləyir".

“Report” xəbər verir ki, bunu ATƏT-in baş katibi Lamberto Zanye Almaniyanın Hamburq şəhərində ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Baş katib qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin dinc yolla həll edilməsi üçün maneələri aradan qaldırmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi