Yuxarı
    Bağlamaq

    Baş katib: "ATƏT Dağlıq Qarabağ münaqişəsinin tərəflərini məsələnin həllinə məcbur edə bilməz"

    Tomas Qreminger: Minsk qrupu tərəflər üçün yeganə formatdır
    © РИА Новости / Михаил Воскресенский

    Bakı. 20 noyabr. REPORT.AZ/ "Həlli uzanmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu tərəflərin dürüst niyyətlə danışıqlar masasına qayıtmasından keçir".

    "Report" xəbər verir ki, bunu ATƏT-in Baş katibi Tomas Qreminger "İnterfaks"a müsahibəsində deyib.

    "ATƏT dialoq üçün platforma təmin edir və tərəfləri uzunmüddətli sülhə nail olmaq üçün dəstəkləyir. Bunun üçün isə tərəflərin əsl siyasi iradə göstərməsi lazımdır. Münaqişə tərəflərinin yalnız özləri sülh yolu ilə həllə nail ola bilər. ATƏT tərəfləri münaqişənin həllinə məcbur edə bilməz", - o bildirib.

    O, bu baxımdan oktyabrın 16-da Vyanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında baş tutan və bir ildən çox müddətdə bu səviyyədə ilk birbaşa görüş olan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.

    "Üç həmsədrin rəhbərliyi altında Minsk qrupu tərəflər üçün yeganə tanınmış formatdır. Bu formata ATƏT-in bütün üzv ölkələri tərəfindən tam etimad göstərilir", - T.Qreminger qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi