Baş həkim: “Ermənilərin atəşi nəticəsində qəlpə yarası alan qadının müalicəsi davam edir”

Baş həkim: “Ermənilərin atəşi nəticəsində qəlpə yarası alan qadının müalicəsi davam edir” “Yaralının həm zədələri var, həm də toxumalar əzilib”
Qarabağ
12 İyul , 2017 11:20
Baş həkim: “Ermənilərin atəşi nəticəsində qəlpə yarası alan qadının müalicəsi davam edir”

Bakı. 12 iyul. REPORT.AZ/ “Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan Quliyeva Sərvinaz İltifat qızının müalicəsi davam edir”.

Bunu “Report”a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, iyul ayının 4-də hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü S.Quliyevanın səhhəti hazırda stabildir: “O, Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasındadır. Yaralı xəstəxananın cərrahiyyə şöbəsindədir və müalicəsi davam edir. Sərvinaz Quliyevanın səhhəti daim diqqətimizdədir”.

Həkimin sözlərinə görə, xəstənin evə buraxılması ilə bağlı konkret vaxt demək olmaz: “Qəlpə yarası travmatik yara olduğu üçün, zədələrlə bərabər toxumalar əzilir. Yaralının həm zədələri var, həm də toxumalar əzilib, ona görə də, ağrıları olur və həkim nəzarəti altında olması şərtdir. Bu səbəbdən də Sərvinaz Quliyevanın müalicəsi xəstəxana şəraitində davam edir”.

Qeyd edək ki, iyun ayının 4-də Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi