Yuxarı
    Bağlamaq

    Bakıda Qarabağ münaqişəsi zamanı əsir və girov götürülümüş, itkin düşmüş şəxslərə həsr olunan tədbir keçirilib

    Tədbirdə məsələnin həlli ilə bağlı təkliflər irəli sürülüb© Report

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakıda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülümüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq konteksində" mövzusunda konfrans keçirilib.

    "Report" xəbər verir ki, tədbiri "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi eyniadlı layihə çərçivəsində təşkil edib.

    Konfransı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova açaraq bildirib ki, layihənin məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir-girovluqda saxlanılan soydaşlarımızın qaytarılması, itgin düşmüş hesab olunan şəxslərin taleyinə aydınlıq gətirilməsi və zorakılığa məruz qaldıqdan sonra əsir və girovluqdan azad edilmiş şəxslərin hüquqlarının müdafiəsinə nail olmaq üçün beynəlxalq səviyyədə genişmiqyaslı təbliğat işlərinin aparılmasıdır. 

    Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatlarının hüquqşünas-alimlərin, əsir, girov və itginlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə millət vəkilləri Aytən Mustafayeva, Sevinc Fətəliyeva, Rövşən Rzayev, Fazil Mustafa, Ombudsman Aparatının əməkdaşı Müqabil Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Pərviz Əliyev, politoloq Elşad Mirbəşiroğlu və digər konfrans iştirakçıları çıxış ediblər.

    Sonda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Rövşən Mustafayev adına medala və sertifikata layiq görürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi