Yuxarı

Bakıda minlərlə gənc "Əsgər irəli!" şüarı ilə yürüş keçirib - VİDEO

Aksiyada Qarabağ bizimdir, Əsgər irəli, Şəhidlər ölməz, vətən bölünməz şüarları səsləndirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bakıda gənclər Şəhidlər xiyabanına anım yürüşü keçirir. "Report"un məlumatına görə, aksiyada minlərlə gənc iştirak edir.

Aksiya iştirakçıları Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində şəhid olan hərbi qulluqçuların xatirəsini yad ediblər.

Şəhidlər Xiyabanı ziyarət olunub.

Aksiyada "Qarabağ bizimdir!", "Əsgər irəli!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları səsləndirilib. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi