Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək Tədbir münaqişənin həlli yollarının tapılması məqsədilə tarixi məsələlərin, sülhməramlı təşəbbüslərin müzakirəsinə həsr olunacaq
Qarabağ
9 Mart , 2017 17:33
Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda martın 14-də "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

"Report" xəbər verir ki, konfransı "Qafqaz tarixi mərkəzi" İctimai Təşkilatı təşkil edəcək.

Tədbir münaqişənin həlli yollarının tapılması məqsədilə tarixi məsələlərin, beynəlxalq dialoqun genişləndirilməsinin, sülhməramlı təşəbbüslərin, eləcə də Ermənistan-Azərbaycan dialoqunun müzakirəsinə həsr olunacaq.

Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan və başqa ölkələrdən olan 40-dan çox elm adamı, ekspert və siyasətçi, erməni ictimai xadimləri və tədqiqatçıları iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi