Bakıda “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları “ mövzusunda konfrans keçirilir

Bakıda “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları “ mövzusunda konfrans keçirilir Kamran İmanov: “Ermənilər özlərini “izolyasiya” edir və digərlərinə qarşı etnik təmizləmə tətbiq edirlər”
Qarabağ
22 Aprel , 2016 13:59
Bakıda “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları “ mövzusunda konfrans keçirilir

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilir.

“Report” xəbər verir ki, konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ermənistanın mədəni hüquqlar modeli barəsində danışıb. O, digərlərinin mədəni müxtəlifliyini inkar edən, digərlərinin mədəni hüquqlarını, insan haqlarını tanımayan və aqressiv yanaşan monoetnik dövlətdə yeganə olan öz etnosunun hüquqlarını absurd dərəcədə şişirdən erməniçilik siyasətindən söhbət açıb, “Erməniçilik digər xalqların hüquqlarına xələl gətirir” adlı prezentasiya ilə çıxış edib.

Sədr bildirib ki, Ermənistanın siyasətində ermənilərin  “əzabkeşliyi”, “müstəsnalığı” və “xüsusi missiyası” təbliğ olunur: “Bunların illüstrasiyası ümumdünya “World Values” elmi layihəsindəki rəqəmlərdir. Layihəyə əsasən, dünyanın 76 ölkəsində yaşayan fərdlər seçim edərək, öz identikliyini icma, ölkə və dünya üzrə coğrafi qrupların birində müəyyənləşdiriblər. Buradan aydın olur ki, Azərbaycan kimi yüksək milli-vətəndaşlıq (ölkə) və ümumbəşəri (dünya) yüksək olan və eyni zamanda kiçik etnik-regional (icma) identikliyi olan ölkə tapmaq mümkün deyil. O ki, qaldı Ermənistana, burada ən yüksək icma-etnik identiklik və ən aşağı “dünya” mövcuddur. Bu təbiidir. Ermənilərin neqativ sxem əsasında qurulan identiklik digərlərinin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, qalanlarına yadellilər münasibəti bəsləyir və adətən, digərlərinin qrupuna qarşı aqressiv çıxış edir. Erməniçilik öz identiklik qrupunu digərlərinə qarşı müxalif nöqteyi-nəzərindən təsəvvür edərək, "müstəsnalığını", "xüsusiliyini" qabardaraq, nəticə etibarilə özünü "izolyasiya" edir və digərlərinə qarşı etnik təmizləmə tətbiq edirlər”.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova bildirib ki, Azərbaycan multikulturalizm siyasətini sadəcə dəstəkləməklə qalmır, onu həm də yaşadır.

O deyib ki, Azərbaycan sülh siyasətinə hər zaman sadiqdir: “Hər birimiz son günlər cəbhədə baş verənləri yaxından izləmişik. Bu hadisələr bir daha göstərir ki, Azərbaycan güclü ölkə olsa da, öz multikultural dəyərlərinə, sülh siyasətinə hər zaman sadiqdir. Baxmayraq ki, erməni vandalizmi nəticəsində Dağlıq Qarabağda abidələrimiz, maddi-mədəniyyət nümunələrimiz dağıdılıb, onların bir qismi məqsədyönlü şəkildə erməniləşdirilib, bu saxtakarlıq gec-tez ifşa ediləcək. İnanırıq ki, xalqımızın erməni işğalçılarına qarşı göstərdiyi şücaət əzmi, həmrəylik duyğuları erməni saxtakarlığına qarşı mübarizədə də tezliklə öz sözünü deyəcək”. 

Son xəbərlər

Orphus sistemi