Yuxarı

Bahar Muradova: "Münaqişələrin tam həlli üçün çağırışlara dair bizim düzəlişlərimizin qəbul olunacağına ümid edirik"

Son zamanlar ATƏT üzvü olan ölkələr arasında anlaşılmazlıq səviyyəsi artıb

Bakı. 2 iyul. REPORT.AZ/ "Ümumi dəyərlər və prinspilərə əsaslanan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) dialoq üçün xüsusi və geniş platformadır".

"Report" xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iyulun 2-də Tbilisidə keçirilmiş iclasında Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Çıxışı zamanı B.Muradova son zamanlar təşkilata üzv olan ölkələr arasında anlaşılmazlıq səviyyəsinin artmasından təəssüfləndiyini bildirib. Bu baxımdan həmin qətnamə və hesabatların hazırlanmasında, o cümlədən bəzi ölkələrlə bağlı Helsinki Yekun Aktının prinsiplərinin pozulması zamanı Azərbaycanın artıq 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nəzərə alınmayıb.

"Təəssüf ki, ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması və təqdimatının Avropanın təhlükəsizliyi üçün əsas təhdid olması fonunda işğala son qoyulması tələbi sənəddə əks olunmayıb. Azərbaycanın işğal altında olan torpaqlarında insan itkiləri ilə nəticələnən aprel hadisələri buna parlaq nümunədir. Münaqişələrin tam həlli üçün çağırışlara dair qətnamə layihəsində bizim də bu çağırışlarla əlaqədar düzəlişlərimizin qəbul ediləcəyinə ümid edirik", - deyə Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri bildirib.

Münaqişə zamanı qadınların üzləşdiyi problemlərə toxunan B.Muradova qadınlara münaqişələrin qurbanları kimi baxılmasının, əksinə, münaqişənin həllində qadınların rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi